SON XƏBƏRLƏR

Təhsil Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən turnirdə cəlilabadlı balacalar uğur qazanıblar. Bu haqda bu gün, 18 noyabr tarixində Cenublu.az Lənkəran – Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.

Neftçala rayonunda keçirilən respublika birinciliyinin zona mərhələsində Cəlilabad rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin 8 şahmatçısı iştirak edib.

Yarışın sonunda Bağışlı Rauf (6 yaş), Bədəlov Səməd (8 yaş), Salmanlı Mirəli (12 yaş), Eynullayev Nihad (14 yaş) qızıl, Mirzəyev Əli (8 yaş) isə bürünc medala layiq görülüb və final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Final mərhələsi 4 dekabr tarixində Bakı şəhərində baş tutacaq.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda