Cəlilabadlı idmançı Azərbaycan Karate Federasiyasının 8 Noyabr – Zəfər Günü ilə əlaqədar keçirdiyi açıq turnirdə qalib olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.
Belə ki, Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbinin 3-cü sinif şagirdi İbadlı Fatimə Elməddin qızı turnirin qızıl medalını qazanıb.