Cəlilabadın Bayxanlı kəndində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turnirinə yekun vurulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 may tarixində verir.
Turnir Cəlilabad Rayon Gənclər və İdman idarəsinin, Bayxanlı kənd İƏD üzrə nümayəndəliyinin və Bayxanlı kənd bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Turnirdə ümumilikdə 12 komanda iştirak edib. Final oyununda Bayxanlı və Gülməmmədli kənd komandaları üz-üzə gəlib. Final oyunundan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər: Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Bayxanlı kənd İƏD üzrə nümayəndəsi Müslüm Nuriyev turnirin əhəmiyyətindən danışıblar.
Gərgin keçən oyun Bayxanlı kənd komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonda qalib komandalar kubok, diplom və hədiyyələrlə təltif olunub.