Cəlilabadda şəhidlərin xatirəsinə basketbol turniri keçirilib. Bu haqda bu gün, 6 dekabr tarixində Cenublu.az Report-a istinadən xəbər verir.
Uşaq-Gənclər İdman Məktəbinin açıq rayon birinciliyi Cəlilabad Olimpiya İdman Kompleksində baş tutub. Yarış Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunub.
Yarışda 2 yaş qrupunda (2009-2011) 10 (oğlan və qız) komanda iştirak edib.
Sonda qalib komandalar mükafatlandırılıb.