Cəlilabadda taekvondo idman növü üzrə rayon turniri başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yarış Astanlı kənd Mədəniyyət Evində keçirilib. Burada 5 çəki üzrə 32 idmançı mübarizə aparıb.
Qaliblərə diplom və medallar təqdim edilib.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilib.