Cəlilabadda Azərbaycan Respublikasının Əməkdar məşqçisi, idman ustası, veteranlar arasında dünya çempionatının gümüş mükafatçısı Ceyhun Ağamalıyevin 50 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə turnir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində Dünya TV-yə istinadən verir.
Tədbirdə Cəlilabad İH başçısının müavini və digərləri çıxış edərək idman ustasını yubileyi münasibətilə təbrik ediblər və onun bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.
13 komandanın iştirak etdiyi yarış olimpiya sistemi ilə keçirilib. Gərgin mübarizə şəraitində keçən turnirdə:
- I yeri Cəlilabad;
- II yeri Lənkəran;
- III yeri Bakı komandası yer tutub.