SON XƏBƏRLƏR

Cəlilabadda Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov Respublika birinciləri ilə görüş keçirib. Bu haqda bu gün, 5 dekabr tarixində Cenublu.az Cəlilabad Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Boks idman növü üzrə Respublika birinciliyində yüksək nəticə əldə edən idmançılar, onların məşqçi-müəllimləri Nicat Quliyev və Səid Atakişiyev Elçin Hüseynovun qonağı olublar. Görüşdə UGİM-in direktoru Natiq Rzayev, UGİŞM-in direktoru Abbas Zülfüqarov iştirak ediblər.

İdarə rəisi görüş zamanı bildirib ki,  ölkəmizdə digər sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər əldə edilib. Son dövrlər  idmançılarımız ard-arda uğurlar qazanmaqdadırlar. Bu isə idmana ölkəmizdə göstərilən diqqət və qayğının nəticəsidir.

Elçin Hüseynov qazandıqları yüksək nəticələr münasibətilə idmançıları təbrik edərək, onlara yeni-yeni uğurlar arzu edib. Qalib idmançılar və onların məşqçiləri Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif ediliblər.