Cəlilabad rayon Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbin idman zalında rayonun 8 komandasının iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş voleybol idman növü üzrə rayon çempionatı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 may tarixində verir.
Görüşdə Cəlilabad RİH başçısı Rafiq Cəlilov və aparat rəsmiləri iştirak ediblər. Məqsəd ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsi, gənclərin asudə vaxtını səmərəli təşkil etmək, gənclər arasında sağlam və aktiv həyat tərzinin təbliği və voleybol idman növünə marağı artırmaqdan ibarətdir.
Çempionatın nəticələrinə görə:
- I yerə Uzuntəpə kənd komandası;
- II yerə Həziabad kənd komandası layiq görülüblər.
Sonda fərqlənən komandalar Cəlilabad RİH başçısı Rafiq Cəlilov tərəfindən Fəxri fərman və medallarla təltif ediliblər.
Qeyd edək ki, çempionat Cəlilabad rayon Gənclər və İdman İdarəsi və rayon Bələdiyyələrin Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə baş tutub.