SON XƏBƏRLƏR

Cəlilabad rayonunda Zəfər Gününə həsr olunmuş güllə atıcılığı idman növü üzrə yarış baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.

Belə ki, turnir Olimpiya İdman Kompleksində təşkil olunub. Burada rayon üzrə təhsil müəssisələrinin şagirdləri güclərini sınayıblar.

Yekunda qalib gələn idmançılara diplomlar təqdim olunub.

Qeyd edək ki, yarış Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilib.