Cəlilabad rayon Gənclər və İdman idarəsinin və Ümüd Qasımzadə adına ağır atletika klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Ümüd Qasımzadənin əziz xatirəsinə həsr olunmuş ağır atletika idman növü üzrə turnirə yekun vurulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 aprel tarixində Report.az-a istinadən verir.
Turnirdə çıxış edənlər bu kimi idman yarışlarının mühüm əhəmiyyətindən danışıblar.
Çıxışçılar torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Vətən müharibəsində şəhid olanların tarixə qəhrəmanlıq salnaməsi yazdıqlarını, onların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini və şəhidliyin müqəddəs bir zirvə olduğunu qeyd ediblər.
Bu cür yarışların keçirilməsinin gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərə sağlam həyat tərzinin aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artırılması, ağır atletika idman növünün kütləviliyinə nail olunması, rayon gəncləri arasında təbliği, idmançıların idman ustalıqlarının artırılmasında böyük rolu olduğunu vurğulayıblar.
Yarışın sonunda hər çəki dərəcəsi üzrə 1-ci, 2-ci, 3-cü yeri tutan idmançılar diplom və medallarla təltif olunublar.