SON XƏBƏRLƏR

Cəlilabadda “Sağlam bədəndə sağlam ruh!” devizi altında idmanın kros və gimnastika növləri üzrə respublika yarışlarının rayon birinciliyi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 oktyabr tarixində rayon İcra Hakimiyyətinə istinadən verir.

Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, rayon Gənclər və İdman idarəsinin, Masallı Regional Mədəniyyət idarəsi Cəlilabad nümayəndəliyi, Daxili İşlər Nazirliyi İdman cəmiyyətinin əməkdaşları, idarə, müəssisələrin rəhbərləri ilə yanaşı, şəhid ailələri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Əvvəl müxtəlif idman sahələri üzrə idmançılar nümunəvi çıxışlar ediblər. 20-25 yaşlı gənclər arasında turnikdən dartınma, 1000 metr məsafəyə kros qaçışı yarışları keçirilib.

Yarışların qalibləri fəxri fərmanlarla və hədiyyələrlə mükafatlandırılıblar.

Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, yarışlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin birgə tədbirlər planına əsasən keçirilib.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda