SON XƏBƏRLƏR

Cəlilabadlı güləşçi Qazaxıstanda keçirilən beynəlxalq turnirin fəxri kürsüsünə yüksəlib. Bu haqda bu gün, 18 may tarixində Cenublu.az Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinə (UGİM) istinadən xəbər verir.

UGİM-in yunan-Roma güləşi idman növü üzrə yetirməsi Ruslan Nurullayev turnirin qızıl medalına sahib olub. Qalib idmançı 72 kq çəki dərəcəsində çıxış edib.