SON XƏBƏRLƏR

Cəlilabadda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şahmat turniri keçirilib. Bu haqda bu gün, 29 aprel tarixində Cenublu.az Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə istinadən xəbər verir.

Mərkəzdə ulu öndərin əziz xatirəsinə həsr olunmuş şahmat üzrə çempionata yekun vurulub:

  • 1-ci yerə II kurs “Elektrik-qaz qaynaqçısı “qrupunun tələbəsi Mirələmov Bəhruz;
  • 2-ci yerə I kurs yüksək peşə təhsili üzrə “Mühasibat uçotu “ixtisası qrupunun tələbəsi Abasov Səfa;
  • 3-cü yerə isə II kurs “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə qrupun tələbəsi Əliyev Əli layiq görülüblər.