SON XƏBƏRLƏR

28 noyabr saat 15:00-da keçirilən “Xan Lənkəran” PFK  – “Ərkivan” FK komandalarının oyunu 9-2 hesabı ilə nəticələnib. Bu haqda məlumatı Cenublu.az verir.

Belə ki, Z.Nuruzadə – 3, R.Nəcəfov və V.Yusubov isə hərəsi 1 qol vuraraq oyunun birinci hissəsini 5-0 hesabı ilə bitiriblər. İkinci hissədə Z.Nuruzadə – 4, R.Nəcəfov, V.Yusubzadə, E.Rzazadə, Ə.Tağızadə və K. Abdullazadə hərəsi 1 qol vuraraq oyunu 9-2 hesabı ilə qazanıblar.

“Ərkivan” FK-ın qollarını M.Tağıyev və K.Bənziyev ikinci hissədə vurublar.

Qeyd edək ki, Cənubun fırtınası keçirdiyi oyunlarda hələ məğlub olmayıb.