Region liqasında mübarizə aparan 2 cənub təmsilçisinin qarşılaşacağı vaxt müəyyən olub. Bu haqda bu gün, 26 oktyabr “Xan Lənkəran” FK-nun rəsmi İnstagram səhifəsində paylaşılıb.
Liqanın ilk turunda “Astara” FK ilə Lənkəranın “Xan Lənkəran” FK qaşılaşacaq.
30 oktyabr saat 15:00-da keçiriləcək görüş, Astaranın Rüdəkənar stadionunda baş tutacaq.
Qeyd edək ki, Region liqasının Cənub zonası üzrə əlavə olaraq Masallının “Ərkivan” FK ilə “Qobustan” FK qarşılaşacaq.