Region liqasının ilk turunda qarşılaşan “Astara” FK – “Xan Lənkəran” FK oyununda qalib tərəf Lənkəran təmsilçisi oldu. Bu haqda bu gün, 30 oktyabr tarixində məlum olub.
Astaranın Rüdəkənar stadionunda baş tutan oyunda Lənkəran təmsilçisi daha üstün olub. Topa sahib olan “Xan Lənkəran” FK 1 – 4 hesabı ilə “Astara” FK-na qalib gəlib.
İlk hissədə Mahsun Qənbərli və Röyal Nəcəfovun vurduqları qollar 1-2 hesabı ilə “Xan Lənkəran” FK-nı önə çıxarıb. Matçın 2-ci hissəsində Röyal Nəcəfov özünün 2-ci, komandasının 3-cü qolunu vurub. Daha sonra Bəxtiyar Soltanov komandasının 4-cü qolunu vurub.
Hər iki Cənub təmsilçisinə sonrakı oyunlarda uğurlar arzu edirik.