SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi regionlar üzrə 31 oktyabr-6 noyabr tarixinə olan idman afişasını təqdim edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.

Belə ki, Astarada:

  • “Şuşa ili”nə həsr olunmuş şahmat üzrə məktəblilər arasında rayon turniri – 1-4 noyabr, saat 10:00 (Astara Uşaq-Gənclər İdman -Şahmat Məktəbi);
  • “Sağlam bədəndə sağlam ruh” devizi altında kros qaçış və gimnastika üzrə respublika yarışları – 5 noyabr, saat 10:00 (Astara Olimpiya İdman Kompleksi).

Masallıda:

  • “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş cüdo üzrə uşaqlar, azyaşlı yeniyetmələr arasında rayon birinciliyi – 31 oktyabr – 1 noyabr, saat 10:00 (Masallı rayonu, 2 saylı tam orta məktəbin idman zalı);
  • “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş voleybol üzrə yeniyetmələr arasında rayon birinciliyi – 2 noyabr, saat 10:00 (Masallı şəhər 4 saylı tam orta məktəbin idman zalı);
  • “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş taekvondo üzrə uşaqlar və azyaşlı yeniyetmələr arasında rayon birinciliyi – 3-4 noyabr, saat 11:00 (Masallı regional taekvondo mərkəzi);
  • “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə azyaşlı uşaqlar arasında rayon birinciliyi – 31 oktyabr – 4 noyabr, saat 10:00 (Masallı rayon UGŞİM).

Lənkəranda:

  • “Zəfər Günü”nə həsr olunmuş sürətli şahmat üzrə Lənkəran rayon birinciliyi – 31 oktyabr, saat 10:00-12:00 (“Təhsil” RİM-in Lənkəran şəhər UGİŞM PHŞ);
  • “Zəfər Günü”nə həsr olunmuş ağır atletika üzrə yeniyetmə oğlan və qızlar arasında Lənkəran rayon birinciliyi – 31 oktyabr, saat 10:00-12:00 (“Zirvə” İdman Klubu);
  • Şagirdlər arasında müxtəlif idman növləri üzrə yarışlar – 31 oktyabr – 7 noyabr (Lənkəran rayonu, ümumtəhsil məktəbləri);
  • “Sağlam bədəndə sağlam ruh” devizi altında kros qaçışı və gimnastika üzrə respublika yarışı – 4 noyabr, saat 10:00-12:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
  • “Zəfər Günü”nə həsr olunmuş yunan-Roma güləşi üzrə Lənkəran rayon birinciliyi – 5 noyabr, saat 10:00 – 12:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
  • “Zəfər Günü”nə həsr olunmuş badminton üzrə Lənkəran rayon birinciliyi – 6 noyabr, saat 10:00-12:00 (Lənkəran şəhər 5 saylı tam orta məktəb);
  • “Zəfər Marafonu” – 7 noyabr, saat 10:00-12:00 (Lənkəran rayonu, Cild kəndi).