Gənclər və İdman Nazirliyi 22-28 may tarixlərinə olan idman afışasını təqdim edib.
Belə ki, Masallıda:
- 26 may saat 10:00-da Heydər Əliyev adına parkda “Heydər Əliyev İli”nə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi;
- 26 may saat 11:00-da Heydər Əliyev adına parkda “Heydər Əliyev İli”nə həsr olunmuş yunan-Roma güləşi üzrə rayon birinciliyi keçiriləcək.
Lənkəranda isə 28 may saat 11:00-da Heydər Əliyev Xatirə Parkında “İdman hamı üçün” layihəsi çərçivəsində “Ağır atletika hamı üçün” açıq əyləncəli idman tədbiri baş tutacaq.