SON XƏBƏRLƏR

Cəlilabadda qalib idmançı ilə görüş keçirilib. Bu haqda bu gün, 27 dekabr tarixində Cenublu.az Cəlilabad rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Gənc qızlar arasında keçirilən Azərbaycan çempionatında fəxrimiz İlyaslı Aynur gümüş medal sahibi olub. 52 kq çəki dərəcəsində mübarizə aparan Aynur Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi ilə görüşüb.

Qalib idmançını təbrik edən idarə rəisi Elçin Hüseynov qeyd edib ki, ölkəmizdə prioritet istiqamətlərdən biri sayılan idmanın yeniyetmə və gənclər arasında kütləviliyinin artırılması, onların asudə vaxtlarının daha səmərəli və mənalı keçirilməsi üçün bu sahəyə xüsusi diqqət ayrılır.

İdmanda əldə etdiyi yüksək nailiyyətə görə idarə rəisi E. Hüseynov qalib idmançını Fəxri Fərmanla təltif edib və gələcək yarışlarda uğurlar arzulayıb.