Azərbaycan güləşinin əfsanələri Astarada gənc və yeniyetmə idmançılar üçün master-klas keçəcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində verir.
Görüşdə Astara güləş məktəbinin yetirməsi, Olimpiya mükafatçısı, 2 qat dünya ikincisi və 3 qat Avropa çempionu Cəbrayıl Həsənov, Olimpiya çempionu, dünya ikincisi və Avropa çempionatının qalibi Toğrul Əsgərov, 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev və qadınlardan ibarət milli komandanın üzvləri Türkan Nəsirova və Nərgiz Səmədova iştirak edəcəklər.
Görüş Astara Olimpiya İdman Kompleksində saat 15:00-dan 17:00-dək davam edəcək. Giriş sərbəstdir.