SON XƏBƏRLƏR

Avropa komissiyasının təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Lənkəran Olimpiya İdman Kompleksində “Be Active” devizi altında Avropa İdman Həftəsində Masallı idmançıları da uğurlu nəticə ilə seçiliblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə istinadən verir.

Belə ki, kişilər arasında voleybol yarışında Masallı komandası birinci, mini futbol yarışında isə ikinci yerə sahib olub.

Atletika yarışlarında tullanma üzrə:

  • I yerə – Toğrul Xəlilov (2.48 m);
  • II yerə – Aylin Quliyeva (1.65 m);
  • III yerə Fidan Ağayeva (1.45 m).

Topatma üzrə:

  • I yerə – Aylin Quliyeva (6.3 m);
  • II yerə – Leyla İbrahimova (5.8 m);
  • III yerə Fidan Ağayeva (5.40) layiq görülüblər.

100 metr qaçış üzrə isə Aylin Quliyeva (17.40) II yeri tutub.