İtaliyanın Montesilvano şəhərində keçirilən Avropa çempionatında astaralı boksçu Məhəmmədəli Qasımzadə ikinci dəfə Avropa çempionu titulunu qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 oktyabr tarixində Report.az-a istinadən verir.
Belə ki, 57 kq çəkidə mübarizə aparan Məhəmmədəli Nik Smirnov (Almaniya), Kallum Karrageri (İrlandiya) və Nikolayes Zamyatinsinə (Latviya), finalda isə bolqarıstanlı Viktorio İliyevə qalib gəlib. Qasımzadə həlledici döyüşdə rəqibini 3:2 hesabı ilə üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ötən il analoji yarışda gümüş medal qazanan Qasımzadə 2019-cu ildə məktəblilər arasında da qitənin ən güclüsü adını qazanıb.
Qeyd edək ki, boksçumuz Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in yetirməsidir. Onun məşqçi – müəllimi Nurlan Məmmədovdur.