Astaralı boksçu Avropa birinciliyinin finalına yüksəlib. Bu haqda bu gün, 3 oktyabr tarixində Cenublu.az xəbər verir.
Fəxrimiz Məhəmmədəli Qasımzadə İtaliyanın Montesilvano şəhərində keçirilən Avropa birinciliyində çıxış edir. 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda rəqiblərinə aman verməyib.
1/8 finalda Nik Smirnovu (Almaniya) mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə Kallum Karrager (İrlandiya) üzərində qələbə qazanıb. Məhəmmədəli Qasımzadə döyüşü 5:0 (30:27, 30:25, 30:26, 30:26, 30:27) hesabı ilə aktivinə yazıb. Yarımfinal mərhələsində Nikolayes Zamyatinsi turnirdən kənarlaşdıran Qasımzadə finala vəsiqə qazanıb.
Qeyd edək ki, turnirin finalı 4 oktyabr tarixində baş tutacaq.