SON XƏBƏRLƏR

Masallı Regional Boks Mərkəzində Boks üzrə yeniyetmələr arasında Masallı, Lənkaran və Astara rayon komandaları yoldaşlıq görüşü keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 sentyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Yarışda Astara rayon komandası şəhid Pəncəli Teymurov adına Boks məktəbinin direktoru, boks üzrə məşqçi-müəllim Eldar Əhədovun rəhbərliyi ilə təmsil olunub.

Komandanın uşaq və yeniyetmə bokçularından Əsgərov Nicat (36 kq, 2008-ci il), Məmmədov Mustafa (33 kq,2008-ci il), Sadıxov Məhəmməd (46 kq, 2008-ci il), İrşadov Məhəmməd (21 kq, 2013-cü il) və Məmmədova Əzizə (19 kq,2015-ci il) I yeri qazanıblar.

 

View this post on Instagram

 

A post shared by Cənublu.Az (@cenublu.az)