SON XƏBƏRLƏR

Astaralı şəhid Arif Qeybiyevin xatirəsinə həsr olunmuş şose qaçışı üzrə II ölkə yarışı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Yarışda 16 komandanın 150 idmançısı mübarizə aparıb.

300 metr məsafəyə qaçış üzrə, 2007-2008-ci il təvəllüdlü qızlar arasında:

  • I yer Quliyeva İlahə (Bakı yığma);
  • II yer İsfəndiyarova Ləman (Bakı yığma);
  • III yer Nadirova Mehri (BakıTəhsil-1);

500 metr məsafəyə qaçış üzrə, 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında:

  • I yer Novruzov Nicat (Bakı yığma);
  • II yer İbrahimov Ümid (Gəncə);
  • III yer Məmmədov Rüfət (Astara);

500 metr məsafəyə qaçış üzrə, 2005-2006-cı il təvəllüdlü qızlar arasında:

  • I yer Mustafayeva Bahar (Bərdə);
  • II yer İskəndərova Emilya (Bakı Təhsil-5);
  • III yer Cəlilova Aksana (Bərdə);

1000 metr məsafəyə qaçış üzrə, 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında:

  • I yer Məmmədli Rasim (Bərdə);
  • II yer Əsgərov İskəndər (Gəncə);
  • III yer Əsədli Novruz (Xızı) layiq görülüblər.

Sonda fəxri yerləri qazanan idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının diplom, medal və hədiyyələri ilə təltif olunublar.

Qeyd edək ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təqvim planına uyğun olaraq, Astara Dənizkənarı Park Bulvar Kompleksində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi çərçivəsində keçirilib.