Astaralı güləşçilər 11 medal qazanıblar. Bu haqda bu gün, 24 may tarixində Cenublu.az Astara Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
19-22 may 2023-cü il tarixlərində Astara Olimpiya İdman Kompleksinin məşqçi-müəllimləri Elxan Həmidov, Nizami Axundov, Loğman Ağayev və Samir Hacıyevin rəhbərliyi ilə sərbəst güləş üzrə rayon idmançıları Bakı və Cəlilabad şəhərində keçirilən açıq turnir və birincilikdə iştirak edib, 1 nəfər I yeri, 3 nəfər II yeri və 7 nəfər III yeri tutublar.
Bakı şəhərində keçirilən Abşeron rayon Gənclər və İdman İdarəsi və “Arena” İdman klubunun birgə keçirdikləri sərbəst güləş üzrə “Çempion” kəməri uğrunda açıq turnirdə Həmidzadə İmamrza (42 kq) və Rüstəmzadə Rüstəm (48 kq) III yerə çıxıblar. Komandamızın məşqçiləri Elxan Həmidov və Samir Hacıyev yarış təşkilatçısı olan Abşeron rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi “Ədalətli və fəal hakim” sertifikatı ilə təltif olunublar.
Cəlilabad şəhərində keçirilən Ceyhun Həbib oğlu Ağamalıyevin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə Cəlilabad rayon UGİM-in açıq birinciliyində Ağazadə İlyas (44 kq) I yeri, Həmidzadə İmamrza (41 kq) II yeri, Möhrabov Hüseyn (38 kq) II yeri, Davudov Aqil (63 kq) II yeri, Ağazadə Sərxan (48 kq) III yeri, Baxşıyev Ələkbər (48 kq) III yeri, Bayramov Yusif (44 kq) III yeri, Baba Bunyamin (32 kq) III yeri, Hacızadə Tunar (29 kq) III yeri tutublar. Komandamızın məşqçiləri Elxan Həmidov və Samir Hacıyev açıq birincilikdə fəal iştiraklarına görə yarış təşkilatçısı olan Cəlilabad rayon UGİM-in Fəxri fərmanları ilə təltif olunublar.

