Astaradan olan tələbə şəhidin xatirəsinə təşkil olunmuş sərbəst güləş turnirində qızıl medal qazanıb. Bu haqda bu gün, 15 may tarixində Cenublu.az Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbinə istinadən xəbər verir.
Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbinin IX sinif şagirdi Davudov Aqil Qabil oğlu Şəhid Əhədzadə Xəyal Əlövsət oğlunun əziz xatirəsinə həsr olunmuş sərbəst güləş turnirində iştirak edib. 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal və diplomla təltif olunub.