Astaralı şagird boks üzrə gənclər arasında Azərbaycan birinciliyinin final mərhələsində qızıl medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində verir.
Belə ki, Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbinin XI sinif şagirdi Bilalhəbəşi Nəzərov 48 kq çəki dərəcəsində yarışmada l yerə layiq görülüb.
Qeyd edək ki, turnir Bakı Boks Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.