SON XƏBƏRLƏR

Bakıda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş kikboksinq turnirindən astaralı idmançılarımız yüksək nəticələrlə geri dönüblər. Bu haqda bu gün, 15 sentyabr tarixində Cenublu.az Astara Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Turnir “Adalet Fight Club”un təşkilatçılığı ilə paytaxt və respublikanın rayon və şəhərlərini təmsil edən 15 klub arasında baş tutub. Yarışmada 12 idmançımızdan 11-i qızıl medal qazanıb:

I yer:

  • Əliyev Yusif 2006-cı il (50 kq);
  • Zeynalov Ümüd 2009-cu il(44 kq);
  • Yusifli Yusif 2011-ci il (23 kq);
  • Rzayev Əli 2012-ci il (80 kq);
  • Məmmədli Ümid 2012-ci il (39 kq);
  • Əsədullazadə Kənan 2009-cu il (40 kq);
  • Rzayev Məhəmməd 2004-cü il (85 kq);
  • Babayev Elnur 2010-cu il (30 kq);
  • İsgəndərli Rəsul 2013-cü il (23 kq);
  • Eyvazov Fərid 2008-ci il (33 kq);
  • Həsənzadə Hüseyn 2010-cu il (50 kq).

II yer:

İsmayılzadə Mübariz 2009-cu il (42kq).

Qeyd edək ki, idmançılarımız turnirdə “Astara Aslan” Döyüş İdman Klubunun rəhbəri, III dan Qara kəmər ustası Zamin Baxşiyevın və Pəncəli Teymurov adına Astara Döyüş Növləri Klubunun rəhbəri, VI dan Qara kəmər ustası Ramiq Rəhmanovun rəhbərliyi ilə iştirak ediblər.

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər