SON XƏBƏRLƏR

Astaralı idmançı İtaliyanın paytaxtı Roma şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatında uğur qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyul tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Belə ki, sərbəst güləşçimiz Ramik Heybətov (61 kq) çempionatda bürünc medal qazanıb. İdmançımızı yarışa Astara Olimpiya Kompleksinin sərbəst güləş üzrə məşqçi-müəllimi Nizami Axundov hazırlayıb.

Ramik Elşən oğlu Heybətov 24 yanvar 2004-cü ildə Astara rayonunun Vaqo kəndində anadan olub.