SON XƏBƏRLƏR

Heydər Əliyevin anım gününə həsr olunmuş turnirə astaralı idmançılar səs salıblar. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az Astara rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Savat (Fransız boksu) üzrə keçirilən turnir Bakı şəhərində baş tutub. Yarışda Astara rayon komandası Savat Federasiyasının nəzdində fəaliyyət göstərən  “Astara Aslan” Əlbəyaxa Döyüş İdman Klubunun direktoru, III Dan Qara kəmər ustası  Zamin Baxşıyevin rəhbərliyi ilə iştirak etmiş və fəxri yerlər qazanmışlar.

Savat Kombat versiyasında astaralı idmançılardan Səmədzadə Səbinə (37 kq, 2010) I yerə, Zeynalov Ümüd  (46 kq, 2009) I yerə, Əskərov Allahverdi (54 kq, 2006) II yerə , Babayev Renat (63 kq, 2012) III yerə, İbadov Ramin (43 kq, 2009) III yerə nail olublar.