SON XƏBƏRLƏR

Budo döyüş növləri üzrə keçirilən yarışda Astaralı idmançılar “səs salıblar”. Bu haqda bu gün, 30 may tarixində Cenublu.az Astara Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Paytaxt Bakıda Budo döyüş növləri üzrə açıq Beynəlxalq çempionat keçirilib. Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, İraq, Tacikistan, Qırğızıstan, Türkmənistandan 300-dək idmançıların mübarizə apardığı açıq Beynəlxalq çempionatda Astara rayon komandası Savat Federasiyasının nəzdində fəaliyyət göstərən “Astara Aslan” Əlbəyaxa Döyüş İdman Klubunun direktoru, III dan qara kəmər ustası Zamin Baxşıyevin rəhbərliyi ilə iştirak edib və fəxri yerlər qazanıb.

Döyüşün “Free kontakt” versiyası üzrə astaralı idmançılardan Səmədzadə Səbinə (40 kq, 2010) I yerə, Əliyev Mirzə (50 kq, 2008) I yerə, Zeynallı Ümüd (50 kq, 2009) I yerə, Mirzəyev Orxan (60 kq, 2008) I yerə, Həmidzadə Sərdar (30 kq, 2009) II yerə, Yusifli Hasil (30 kq, 2011) II yerə, Mərufzadə Şəhriyar (25 kq, 2010) II yerə layiq görülüblər.

Yarışda Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyub Zafer Gökbilen, Dünya Budo Döyüş Növləri Federasiyasının I vitse-prezidenti Faiq Rəfiyev iştirak ediblər.