SON XƏBƏRLƏR

İtaliyanın paytaxtı Romada güləş üzrə keçiriləcək “Matteo Pellikone” turnirində astaralı idmançımız da Azərbaycan milli komandasının tərkibində çıxış edəcək. Bu haqda məlumatı Cenublu.az Report-a istinadən bu gün, 22 iyun tarixində verir.

Milli komandanın heyətində astaralı Əliabbas Rzazadə 57 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.

4 gün davam edəcək cari ilin 3-cü reytinq turnirində yunan-Roma güləşi üzrə yığma komanda baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq.

İdmançımız sərbəst güləş üzrə turnirin son 2 günündə mübarizəyə qoşulacaq.