Güləşçi Əliabbas Rzazadə Xorvatiyada keçirilən turnirdə qızıl medalın sahibi olub. Bu haqda bu gün, 3 fevral tarixində Cenublu.az xəbər verir.
“Zagreb Open” turnirinin finalına aparan yolda fəxrimiz Əliabbas Rzazadə ardıcıl olaraq çinli Vanhao Zou, komanda yoldaşı İslam Bazarqanov və gürcüstanlı Beka Bujiaşviliyə qalib gəlib. Son gürüşündə isə yapon idmançı Yuto Nişuçi üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Əliabbas Rzazadənin qatıldığı ilk reytinq turniridir. Qazandığı xallar “Paris 2024” olimpiadasına yollanmağa səbəb olacaq.