SON XƏBƏRLƏR

Astaralı idmançımız Azərbaycan çempionatında bürünc medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Belə ki, 15-16 oktyabr tarixlərində Xaçmaz rayonunda keçirilən kross üzrə ölkə payız çempionatında Astara şəhər 2 saylı tam orta məktəbin şagirdi Rüfət Məmmədov 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında 2000 metr məsafəyə kross qaçışında III yeri qazanıb.

Qeyd edək ki, onun məşqçisi atletika üzrə məşqçi-müəllim, veteranlar arasında 5 qat Azərbaycan çempionu, Astara şəhər 3 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Rəşad Əliyevdir.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon