Astaralı idmançı Ağadədə Əliyev savat üzrə (Asso versiyası) kadetlər, gənclər və böyüklər kateqoriyalarında II açıq Asiya kubokunda qələbə qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 may tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Belə ki, 75 kq çəki dərəcəsi üzrə yarışan Ağadədə Əliyev Özbəkistanın Daşkənd şəhərində 5-9 may 2023-cü il tarixlərində keçirilən turnirdə qızıl medala sahiblənib.
Qeyd edək ki, Azərbaycanın savat üzrə milli komandası baş məşqçi Taleh Nağızadənin rəhbərliyi ilə ümumilikdə 4 qızıl və 3 bürünc medal qazanaraq III yerə layiq görülüb.