Astaralı güləşçi Avropa çempionatından qızıl medalla qayıdıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 aprel tarixində verir.
Belə ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən sərbəst güləş üzrə Avropa çempionatında iştirak edən Əliabbas Rzazadə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, Astaranın Rüdəkənar kəndindən olan güləşçi finalda türkiyəli rəqibinə 12:2 hesabı ilə qalib gəlib.