SON XƏBƏRLƏR

Gəncə Olimpiya İdman Kompleksində Gəncə şəhər Gənclər və idman Baş İdarəsinin təşkilatçılığı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Mustafayev Elvin və Yusubov Orxanın xatirəsinə həsr edilmiş sərbəst güləş idman növü üzrə Gəncə şəhər açıq birinciliyi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində verir.

Yarışda Gəncə, Bakı və Mingəçevir şəhərləri, Yevlax, Astara, Tovuz, Şəmkir, Tərtər və Ağstafa rayonlarından olmaqla 200 nəfər idmançı mübarizə aparıb.

Yarışda Astara rayonunun qız və oğlan komandası Astara Olimpiya İdman Kompleksinin sərbəst güləş idman növü üzrə məşqçisi Loğman Ağayevin rəhbərliyi ilə iştirak edib və yüksək nəticələr əldə edib:

  • I yerə Salmanova Esma (23 kq), İsmayılova Məryəm (26 kq), Cəfərli Nuray (38 kq);
  • II yerə Nehmətzadə Tunay (29 kq), Ələkbərzadə Medinə (23 kq), Hacızadə Tunar (29 kq);
  • III yerə Əliyev Riad (52 kq), Rufullayev İmran (26 kq) layiq görülübər.