Astaralı sərbəst güləşçilər Biləsuvardan medallarla qayıdıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Belə ki, Biləsuvar rayonunda keçirilən Zəfər İdman klubunun azyaşlı və yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə açıq birinciliyində astaralı idmançılardan İmamrza Həmidzadə (41 kq) I yeri, İmaməli Rzazadə (75 kq) I yeri, Əliəbülfəz Ələkbərzadə (23 kq) I yeri, Tunar Hacızadə (29 kq) III yeri qazanıblar.
Qeyd edək ki, güləşçilərin məşqçi-müəllimləri Astara Olimpiya İdman Kompleksinin müəllimləri Elxan Həmidov və Samir Hacıyevdir.