SON XƏBƏRLƏR

Astaralı idmançılar ölkə çempionatında qızıl medallar qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 mart tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Belə ki, Bakı şəhərində sərbəst güləş üzrə gənclər (U-20) arasında keçirilən çempionatda Azərbaycan yığma komandasının üzvləri olan astaralı idmançılar Ramik Heybətov (61 kq) və Musa Ağayev (65 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər və Azərbaycan çempionu adını qazanıblar.

Qeyd edək ki, Ramik Heybətovun şəxsi məşqçisi Nizami Axundov, Musa Ağayevin şəxsi məşqçisi isə Elçin Həmidovdur.