Astaralı gənc idmançı Millətlər kubokunda birinci yerə layiq görülüb. Bu haqda bu gün, 17 avqust tarixində Cenublu.az Astara RGİİ-yə istinadən xəbər verir.
Fəxrimiz Bilal Nəzərov Serbiyanın Vrbas şəhərində keçirilən turnirdə mübarizə aparıb. Yumruqların danışdığı yerdə, Bilal bütün rəqiblərini məğlub edərək qızıl medalın sahibi olub. 46 kq çəki dərəcəsində mübarizə aparan Bilal Nəzərov və baş məşqçisi ilə Astara Rayon Gənclər və İdman İdarəsində görüş keçirilib.
Astara RGİİ-nin rəisi vəzifəsini icra edən Rufan Şirinov baş məşqçi və idmançını təbrik edib.