Astaradan olan boksçu Ayaz Baxşiyev Minsk şəhərində keçirilən beynəlxalq turnirində 3-cü yerə layiq görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində verir.
Belə ki, Vladimir Botvinnikin xatirəsinə həsr olunan yarışda 7 ölkənin 142 idmançısı iştirak edib. Astara Boks Mərkəzinin baş məşqçisi Ayaz Baxşiyevin yetirməsi olan Əli Məmmədov 46 kq çəki dərəcəsində turnirin bürünc medalına sahib olub.
Qeyd edək ki, turnirdə Azərbaycan yığması 1 qızıl və 9 bürünc medal qazanıb.