SON XƏBƏRLƏR

Astara Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə zona və Respublika yarışlarında yüksək nəticələr qazanmış yeniyetmə idmançılara mükafatlar təqdim olunub. Bu haqda məlumatı bu gün, 20 noyabr tarixində Azertac verib.

Mükafatlandırılan yeniyetmələr arasında Masallı rayon açıq birinciliyində ikinci yeri qazanmış İlyas Ağazadəyə, üçüncü yeri qazanmış Hüseyn Nəzərov və Ağabala Ağayevə, Vətən müharibəsi şəhidi İqbal Astanlının xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Respublika turnirində üçüncü yeri qazanmış idmançılar Yalçın Rzazadə, Yəhya Höccətov və Elton Şahbazov olublar.