SON XƏBƏRLƏR

Astaralı güləşçilər Azərbaycan çempionatında fəxri kürsüyə yüksəliblər. Bu haqda məlumat bu gün, 10 dekabr tarixində Astara Rayon Gənclər və İdman idarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

7 – 9 dekabr tarixlərində Bakı şəhərində sərbəst güləş üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda 2 astaralı idmançı medallar qazanıblar.

Astara “Zenit” komandasından 57 kq çəki dərəcəsində Əliabbas Rzazadə gümüş medala, “Neftçi” komandasından isə 70 kq çəki dərəcəsində Əli Rəhimzadə bürünc medala layiq görülüblər.

Paytaxta yollanan idmançılarımız Astara Olimpiya idman Kompleksinin Sərbəst güləş növü üzrə məşqçisi Nizami Axundovun rəhbərliyi ilə yarışmada iştirak etmişdirlər.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi
Aktual

Masallı rayon Mərkəzi Kitabxanasında seminar keçirilib

Masallı rayon Mərkəzi Kitabxanasında kənd kitabxana filialları əməkdaşlarının iştirakı ilə sentyabr ayının yekunu ilə bağlı seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 oktyabr tarixində verir. Tədbirə başlamazdan öncə