SON XƏBƏRLƏR

Astaralı idmançı erməni əsilli rəqibini məğlub edib. Bu haqda məlumat boks üzrə keçirilən turnirin rəsmi İnstagram səhifəsində paylaşılıb.

61.2 kq çəki dərəcəsinə qədər olan kateqoriyada mübarizə aparan Astarada anadan olmuş Elnur Səmədov, ukraynalı döyüşçü Zoravor Petrosyana qalib gəlib. “RCC BOXİNG” turnirində qarşılaşan rəqiblərin mübarizəsi Elnurun üstünlüyü ilə davam edib.

10 raund davam edən döyüşün sonunda Elnur Səmədov qalib gəlib.

Qeyd edək ki, 28 yaşlı Elnur Səmədov Astara rayonunun Şahağacı kəndində anadan olub.

RCC BOXİNG rəsmi İnstagram səhifəsi
RCC BOXİNG rəsmi İnstagram səhifəsi