SON XƏBƏRLƏR

Astara rayon Gənclər və İdman İdarəsində astaralı dünya çempionu ilə görüş keçirilib. Bu haqda məlumat idarəsnin rəsmi Facebook səhifəsində dərc edilib.

Görüşdə güləş üzrə 23 yaşadək güləşçilər arasında dünya çempionu Əliabbas Rzazadə və məşqçisi Aslan Ağayev iştirak ediblər.

1-5 noyabr 2021-ci il tarixində Serbiyanın Belqrad şəhərində keçirilən sərbəst güləş üzrə dünya çempionatında Əliabbas Rzazadə bütün rəqiblərinə qalib gələrək qızıl medal almağa nail olmuşdur.

Görüşün sonunda Astara rayon Gənclər və İdman İdarəsi rəisi vəzifəsini icra edən Rufan Şirinov Əliabbas Rzazadə və Astara Olimpiya İdman kompleksinin direktoru olan, məşqçi Aslan Ağayevi təbrik etmiş, onlara xatirə hədiyyələri təqdim etmişdir.

23 yaşlı Əliabbas Rzazadə Astara rayonunun Rüdəkənar kəndində anadan olmuşdur. O daha öncə, Avropa çempionatlarında gümüş və bürünc medallar qazanmışdır.