SON XƏBƏRLƏR

Astara Gənclər Evində “Stolüstü tennis hamı üçün” devizi ilə oyunlar təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Qeyd edək ki, tədbir  Gənclər və İdman Nazirliyinin, Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Astara Pedaqoji Kolleci Tələbə Gənclər Təşkilatının dəstəyi ilə hər həftə sonu keçirilən “İdman hamı üçün” layihəsinə dəstək və eləcə də rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzini kütləviləşdirmək məqsədilə keçirilib.

Astara rayon Gənclər və İdman İdarəsi
Astara rayon Gənclər və İdman İdarəsi