Astarada “Şuşa ili”nə həsr olunmuş kişilər arasında şahmat üzrə rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində verir.
Turnirin yekun nəticələrinə görə:
- I yerə 8 xalla Əliyev Məmmədşah (Astara şəhəri);
- II yerə 7 xalla Məcidov Eldəniz (Pensər kəndi);
- III yerə 6 xalla Babayev Çingiz (Şüvi kəndi) layiq görülüblər.
Fəxri yerləri qazanan komandalara və fərqlənən şahmatçılara Astara RGİİ-nin rəisi Rufan Şirinov tərəfindən Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri təqdim olunub.