SON XƏBƏRLƏR

Astarada “İdman hamı üçün” layihəsi çərçivəsində idman etüdləri və məşqləri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 sentyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Belə ki, Astara şəhərində Pəncəli Teymurov adına İdman Klubunun idman zalında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hər həftəsonu keçirilən “İdman hamı üçün” layihəsinə dəstək və eləcə də rayonda yeniyetmə və gənclər arasında sağlam həyat  tərzini kütləviləşdirmək məqsədilə “Kikboksinq hamı üçün” devizi ilə Kikboksinq idman növləri üzrə etüdlər və master-klas təşkil olunub.

Məşqlər zamanı Pəncəli Teymurov adına İdman Klubunun direktoru, VI Dan Qara kəmər ustası, məşqçi-müəllim Ramiq Rəhmanov tərəfindən master-klas nümayiş olunub.