SON XƏBƏRLƏR

Astarada keçirilən boks üzrə kadetlər arasında Cənub zonasının birinciliyi başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 aprel tarixində Azərbaycan Boks Federasiyasına istinadən verir.

Astara Olimpiya İdman Kompleksində keçirilən birincilikdə Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, İmişli və Beyləqan komandalarının 100-dək idmançısı mübarizə aparıb.

17 çəki dərəcəsi üzrə ilk 3 yeri tutanlar Azərbaycan birinciliyinə vəsiqə qazanıblar. Növbəti zona birinciliyi Şamaxıda olacaq.